Hucurat - 49:11 Ey iman edənlər, bir topluluq digər bir topluluğu məsxərəyə qoymasın, bəlkə onlar özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar, bəlkə onlar özlərindən daha yaxşıdırlar. Bir-birinizdə ayıb axtarmayın və bir-birinizi alçaldıcı kəlmələrlə çağırmayın. İnancdan sonra yoldan çıxmaq necə də pis bir isimdir. Kim tövbə etməzsə, onlar zalımlardır.
Allahın təqdir etdiyi ideal camaat:
Maidə/5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.

Əraf/7:96 Ölkələrin xalqları iman edib müttəqi davransaydılar, göylərdən və yerdən üzərlərinə bolluq qapısını açardıq. Amma yalanladılar və bundan sonra qazandıqları ilə birlikdə onları yaxaladıq.

Hud/11:52 "Ey xalqım, Rəbbinizdən bağışlanma diləyin, sonra Ona yönəlin ki, göydən üzərinizə bol rəhmət yağdırsın, gücünüzə güc qatsın. Günahkarlar olaraq üz çevirməyin!"