Hucurat - 49:14 Ərəblər, "iman etdik," dedilər. De ki, "Siz iman etmədiniz, fəqət inanc qəlbinizə girincəyə qədər, 'təslim olduq' deyin. Allaha və elçisinə tabe olsanız, etdiklərinizdən heç bir şeyi əskiltməz. Allah Bağışlayandır, Rəhmlidir!"
Kitaba tabe olmaq; Elçiyə, dolayısıyla Allaha tabe olmaq deməkdir:
Ali İmran/3:132 Allaha və Elçiyə itaət edin, sizə mərhəmət edilsin.

Ənam/6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.

Talaq/65:11 Bir elçi göndərmişdir. İman edib müttəqi davrananları qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Allahın açıq-aşkar ayələrini oxuyur. Kim Allaha iman edər və müttəqi davranarsa, onu içində çaylar axan cənnətlərə daxil edər; orada əbədi qalarlar. Allah ona gözəl ruzi vermişdir.

Maidə/5:15 Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.
Maidə/5:16 Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.

Nisa/4:80 Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.

Nur/24:54 De ki, "Allaha və elçiyə tabe olun. Rədd edərsəniz, o öz görəvinə cavabdehdir, siz də öz görəvinizə cavabdehsiniz. Ona tabe olsanız, doğrunu taparsınız. Elçinin tək görəvi, mesajı açıq şəkildə bildirməkdən ibarətdir.

Şuəra/26:124 Qardaşları Hud onlara demişdi ki, "Müttəqi davranmayacaqsınız?"

Əhzab/33:36 Allah və elçisi bir işdə hökm verdiyi zaman, heç bir iman edən kişi və qadın o işdə seçim haqqına sahib deyildir. Kim Allaha və elçisinə üsyan edərsə, açıq bir şəkildə azmış olar.

Hədid/57:8 Rəbbinizə iman etməyiniz üçün elçi sizi çağırdığı halda sizə nə olur ki, hələ də Allaha iman etmirsiniz? Həm də, O, sizdən söz almışdı, əgər iman edirsinizsə.