Hucurat - 49:6 Ey iman edənlər, pis xarakterlərə sahib birisi sizə bir xəbər gətirərsə onu araşdırın. Yoxsa bilmədən bir topluluğa qarşı haqsızlıq edərsiniz və daha sonra etdiyinizdən peşman olarsınız.
Pis niyyətlərə sahib olan birisi sizə bir xəbər gətirərsə onu araşdırın: Əlaqəli
Nur/24:4 Evli qadınları günahlandırdıqdan sonra dörd şahid gətirə bilməyənlərə səksən qamçı vurun və onların şahidçiliyini əbədi olaraq qəbul etməyin. Onlar yoldan çıxmış kimsələrdir.
Nur/24:11 O iftiranı, sizdən bir banda uydurdu. Onun sizin üçün pis olduğunu sanmayın; əksinə sizin üçün xeyirlidir (bir dərsdir). Bu arada, onlardan hər biri günahı paylaşmışdır. Başçılıq edənləri də böyük bir cəzaya layiqdir.
Nur/24:12 Onu eşitdiyiniz zaman, siz iman edən kişi və qadınların bir-biriniz haqqında yaxşı düşüncələrə sahib olaraq, "Bu açıq-aşkar böyük bir yalandır," deməli deyildinizmi?
Nur/24:13 Dörd şahid gətirməli deyildilərmi? Şahidlər gətirmədiklərinə görə onlar Allah yanında yalançılardandır.
Nur/24:14 Allahın sizə dünya və axirətdə lütfü və mərhəməti olmasaydı, batıb-bulaşdığınız o hadisədən ötrü sizə böyük bir cəza toxunacaqdı.


Hucurat/49:6 Ey iman edənlər, pis xarakterlərə sahib birisi sizə bir xəbər gətirərsə onu araşdırın. Yoxsa bilmədən bir topluluğa qarşı haqsızlıq edərsiniz və daha sonra etdiyinizdən peşman olarsınız.