Hucurat - 49:7 Biləsiniz ki, Allahın Elçisi aranızdadır. İşlərin çoxunda sizlərə tabe olsaydı, sıxıntıya düşərdiniz. Fəqət, Allah inancı sizə sevdirdi və onu könüllərinizdə süslədi; inkarı, pisliyi və üsyanı isə sizə çirkin göstərdi. Məhz doğrunun ardınca gedənlər bunlardır.
Elçi işlərin çoxunda sizə tabe olsaydı sıxıntıya düşərdiniz:
Ali İmran/3:152 Allah, sizə verdiyi sözdə durdu və necə ki, (Allahın) izniylə onları darmadağın etdiniz. Amma, sevdiyiniz şeyi sizə göstərdikdən sonra ruhdan düşdünüz, savaş haqqında bir-birinizlə mübahisə etdiniz və əmrləri dinləmədiniz. Kiminiz dünyanı, kiminiz də axirəti istəyirdi. Sonra, sınamaq üçün sizi onlardan çevirdi və hər şeyə rəğmən sizi əfv etdi. Allahın iman edənlərə neməti boldur.

Əhzab/33:36 Allah və elçisi bir işdə hökm verdiyi zaman, heç bir iman edən kişi və qadın o işdə seçim haqqına sahib deyildir. Kim Allaha və elçisinə üsyan edərsə, açıq bir şəkildə azmış olar.

Nisa/4:59 Ey iman edənlər! Allaha itaət edin, Elçisinə itaət edin; sizdən görəv başında olanlara da. Hər hansısa bir mövzuda ixtilafa düşsəniz onu Allaha və elçisinə həvalə edin. Allaha və axirət gününə iman edirsinizsə... Bu, sizin üçün daha yaxşı və ən gözəl həll yoludur.

Şura/42:38 Onlar, Rəblərinin çağırışına qarşılıq verirlər, namazı qoruyurlar, işlərini aralarında məsləhətləşmə yolu ilə qərarlaşdırarlar və onlara verdiyimiz ruzilərdən yardım üçün verərlər.

Ali İmran/3:159 Allahın sənə bir lütfü olaraq onlarla mülayim rəftar etdin. Kobud və daş ürəkli olsaydın, çevrəndən dağılıb gedərdilər. Onları əfv et, bağışlanmalarını dilə və görüləcək işlər haqqında onlara danış. Qərar verincə də Allaha güvən; Allah güvənənləri sevər.