Nisa - 4:100 Kim Allah yolunda köç (hicrət) edərsə, yer üzündə sığınacaq çox yer və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf köç (hicrət) etmək üçün evindən çıxar və sonra onu ölüm haqlayarsa, mükafatını vermək Allaha düşər. Allah Bağışlayandır, Rəhmlidir.
"Kim Allah yolunda köç edərsə yer üzündə çox yer tapar": Əlaqəli
Ənkəbut/29:56 Ey iman edən qullarım, torpağım genişdir, sadəcə Mənə qulluq edin.

Nisa/4:97 Özlərinə zülm edənlərin canlarını alarkən mələklər: “Nə halda idiniz?”– deyərlər. “Biz yer üzündə əzilmiş kimsələr idik," - deyə cavab verərlər. “Allahın yeri geniş deyildimi ki, oralara köç edəydiniz?”– deyərlər. Onların yeri Cəhənnəmdir. O nə pis bir dönüş nöqtəsidir.

Nəhl/16:41 Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...

Nisa/4:100 Kim Allah yolunda köç (hicrət) edərsə, yer üzündə sığınacaq çox yer və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf köç (hicrət) etmək üçün evindən çıxar və sonra onu ölüm haqlayarsa, mükafatını vermək Allaha düşər. Allah Bağışlayandır, Rəhmlidir.