Nisa - 4:102
Sən aralarında olub onlara namaz qıldırdığın zaman, onlardan bir qrup sizi qorumaq üçün yanınızda olsun və silahlarını da yanlarına alsın. Namaza duranlar səcdəyə vardıqlarında arxanızda olsunlar. Sonra namaz qılmamış olan qrup gəlsin və səninlə birlikdə namaza dursunlar, (namazı bitirmiş olan qrup isə) silahlarını alıb növbətçi dursunlar. İnkar edənlər, silahlarınızdan və əşyanızdan diqqətsiz davranmanızı və beləcə sizi qəfil bir hücumla məhv etməyi ümid edərlər. Yağmur və xəstəlik kimi səbəblərə görə silahlarınızı buraxmanızda bir günah yoxdur. Ancaq gözdə-qulaqda olun. Allah kafirlərə alçaldıcı bir əzab hazırladı.
Kafirlərin tərifi:
Kəhf/18:56
Biz elçiləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndərdik. Kafirlər, gerçəyi saxta və yanlış ilə ortadan qaldırmaq üçün səy göstərirlər. Ayələrimə və xəbərdar edildikləri şeylərə istehza etdilər.
Kəhf/18:100
O gün cəhənnəmi verərik o kafirlərə...
Kəhf/18:101
Onlar ki, mesajıma qarşı gözləri pərdəli idi, dinləyə də bilmirdilər...
Ğafir/40:5
Onlardan öncə Nuhun xalqı da yalanlamışdı və onlardan sonra bir çox partiya da... Hər topluluq elçilərini təsirsiz hala gətirməyə çalışdı. Gerçəyi aradan qaldırmaq üçün boş və yanlış şeylərlə mübahisə etdilər. Axırda onları yaxaladım; cəzalandırmam necə imiş?
Ali İmran/3:71
Kitab əhli! Nə üçün doğru ilə yanlışı bir-birinə qarışdırır və bilə-bilə gerçəyi gizləyirsiniz?
Bəqərə/2:146
Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar; Amma yenə də onlardan bir qrup bilə-bilə gerçəyi gizlədir.
Ali İmran/3:187
Allah kitab verilənlərdən, "Onu mütləq insanlara açıqlayacaqsınız, gizləməyəcəksiniz," - deyə söz almışdı. Fəqət onlar, onu arxalarına atıb az bir dəyərə satdılar. Nə pis bir alış-veriş!
Nisa/4:76
İman edənlər Allah yolunda savaşırlar. Kafirlər isə azğınların və despotların yolunda savaşırlar. Elə isə şeytanın dostlarıyla savaşın; şeytanın planı zəifdir.