Nisa - 4:103
Namazı bitirdiyiniz zaman ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayın. Güvənə qovuşduğunuzda namazı qoruyun. Namaz iman edənlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.
Əlaqəli:
Ali İmran/3:191
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"
Ali İmran/3:192
"Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."
Ali İmran/3:193
Rəbbimiz, biz, “Rəbbinizə iman edin!”– deyə imana çağıran bir dəvətçini eşitdik və iman etdik. Rəbbimiz! Günahlarımızı bağışla, pisliklərimizi ört və yaxşı kimsələr olaraq canımızı al."
Ali İmran/3:194
"Rəbbimiz, elçilərinin vasitəsi ilə bizə söz verdiyin şeyi ver, dirilmə günündə bizi rəzil etmə! Sən sözündən heç dönməzsən.”