Nisa - 4:123
Bu, nə sizin xülyalarınız, nə də Kitab əhlinin xülyalarına görədir: Kim bir pislik işləyərsə qarşılığını görər və Allahdan başqa bir Sahib və Yardımçı tapa bilməz.
Cənnətə girəcək olanlar haqqında kitab əhlinin yersiz və yanlış düşüncələri:
Bəqərə/2:93
Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”
Bəqərə/2:94
De ki: “İddia etdiyiniz kimi, Axirət yurdu Allah tərəfindən heç kimsəyə deyil, sadəcə sizin üçün ayrılmışsa və bunu (iddia etdiyinizi) müdafiə etməkdə səmimisinizsə onda ölümü istəyin!”
Bəqərə/2:111
“Yəhudi və ya Xristianlardan başqası cənnətə daxil ola bilməz!" - dedilər. Bu, onların boş və əsassız sözləridir. De ki: "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."
Bəqərə/2:135
“Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."
Maidə/5:18
Yəhudilər və Xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. "Elə isə günahlarınıza görə nə üçün sizi cəzalandırır? Siz sadəcə Onun yaratdığı insanlardansınız," - de. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Göylərin, yerin və bunların arasındakıların hökmranlığı Allaha aiddir. Dönüş də Onadır.
Əraf/7:169
Onların yerinə, Kitaba mirasçı olan başqa nəsillər keçdi. Ancaq, "Necə olsa bağışlanacağıq," deyərək alçalmağı və keçici mənfəətləri seçdilər. Onlara, oxşar keçici mənfəətlər gəlsə, yenə seçərlər. Onlardan, kitaba bağlı qalacaqlarına və Allah haqqında ancaq gerçəyi söyləyəcəklərinə dair söz alınmamışdımı? Onu oxuyub öyrənmədilərmi? Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Anlamırsınız?
Cumuə/62:6
De ki, "Ey Yəhudilər, insanların arasından yalnız özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, ölümü diləyin; doğrusunuzsa."