Nisa - 4:128
Bir qadın ərinin iffətsizliyindən, yaxud ondan üz çevirməsindən narahatdırsa, öz aralarında razılığa gəlməklə təkrar aralarını düzəltmələrində günah yoxdur. Razılaşma daha yaxşıdır. İnsan eqoist və qısqanc davranmağa meyillidir. Yaxşılıq edər və müttəqi davranarsanız, əlbəttə Allah etdiklərinizi xəbər alır.
Ər-arvadı barışdırmaq üçün:
Nisa/4:35
Evli cütlüyün aralarının pozulmasından narahatsınızsa, kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif təyin etməlisiniz. (Arvad və Ər) barışmağı istəyərlərsə, Allah ikisinin arasını birləşdirər. Allah Bilir, Xəbərdardır.