Nisa - 4:132 Göylərdə və yerdə nə varsa, Allahındır. Qoruyucu olaraq Allah yetər.
Göylərdəki mələkləri tanrı qəbul edən Məkkəli müşriklərin və yerdə İsa və Üzeyiri (ə.s) tanrı qəbul edən Kitab əhlinin ikiüzlülərinin təzyiqlərinə əhəmiyyət vermə, Allah səni qoruyacaq:
Əhzab/33:48 İnkar edənlərə və ikiüzlülərə tabe olma, əziyyətlərinə əhəmiyyət vermə və Allaha güvən; qoruyucu olaraq Allah yetər.
Əhzab/33:1 Ey Peyğəmbər! Allaha diqqət et, inkar edənlərə və ikiüzlülərə uyma. Allah Biləndir, Hikmət Sahibidir.
Əhzab/33:2 Rəbbindən sənə nazil edilənə tabe ol! Allah etdiklərinizdən Xəbərdardır.
Əhzab/33:3 Və Allaha güvən. Qoruyucu olaraq Allah yetər.

Maidə/5:66 Tövratı, İncili və onlara nazil edilənləri tətbiq etsəydilər, onları başdan ayağa nemətlərə boğardıq. Onların arasında mötədil bir camaat olsa da, əksəriyyəti pis işlər görməkdədir.
Maidə/5:67 Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun elçiliyini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah inkar edənləri doğru yola yönəltməz.

Ənfal/8:30 İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.

Ənam/6:56 De: "Allahdan başqa çağırdıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim." De: "Sizin nəfsinizin istəklərinə uymayacağam. Əks halda (haqq yoldan) azar və doğru yolu tapa bilmərəm."

Zuxruf/43:57 Məryəm oğlu bir örnək olaraq göstərilincə sənin xalqın dərhal rədd etdilər.
Zuxruf/43:58 "Bizim tanrılarımızmı daha yaxşıdır, yoxsa o?" dedilər. Sadəcə səninlə mübahisə etmək üçün bunu söylədilər. Onlar gerçəkdə, davakar bir camaatdır.

Rad/13:37 Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.

Sad/38:5 "Tanrıları tək tanrımı yaratdı? Bu, gerçəkdən çox qəribədir!"