Nisa - 4:134
Hər kim dünya nemətini istəyərsə, bilsin ki, həm dünya, həm də axirət neməti Allahın yanındadır. Allah Eşidəndir, Görəndir.
"Allahın yanındadır" ifadəsi bir metaforikdir / məcazidir. Yəni dünya və axirət nemətinə, gözəlliklərinə qovuşmaq istəyirsinizsə, Allahın yanına doğru yol tutun, Allaha yaxınlaşmağa çalışın.
Səba/34:37
Sizi bizə yaxınlaşdıran şey nə paralarınızdır (pullarınızdır), nə də övladlarınızdır. Ancaq iman edən və müttəqi davrananlar xaric. Onlara, etdiklərinin iki qat qarşılığı veriləcəkdir və mənzillərində əmin-amanlıq içindədirlər.
Tovbə/9:99
Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
Ali İmran/3:146
Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.
Ali İmran/3:147
Sözləri yalnızca bu idi: “Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmalarımızı bağışla, qədəmlərimizi sabit et və inkarçı topluluğa qarşı bizə zəfər ver."
Ali İmran/3:148
Allah da onlara həm dünya nemətini, həm də axirət nemətinin ən gözəlini verdi. Allah gözəl davrananları sevər.