Nisa - 4:135 Ey iman edənlər! Şahidliyiniz özünüzün, ananızın, atanızın və yaxınlarınızın əleyhinə olsa belə, Allah üçün şahidlik edərək ədaləti qoruyun. İstər zəngin, istər fəqir olsun, Allah hər iki qrupa da baxar. Elə isə, şəxsi maraq və duyğularınıza uyaraq tərəfkeş davranmayın. Gerçəyi dəyişsəniz və ya şahidlik etməkdən çəkinsəniz, bilin ki, Allah etdiklərinizi xəbər alır.
Məsələn; Davud (ə.s) sadəcə tək tərəfi dinləyib, hissləri ilə qərar verir:
Sad/38:21 Dava edənlərin xəbəri sənə yetişdimi? Bir vaxt məbədinə dırmanmışdılar.
Sad/38:22 Davudun yanına girdiklərində onlardan irkilmişdi. "Qorxma! Bir-birinin haqqını tapdalayan iki davaçı... Aramızda gerçəyə görə hökm ver, haqsızlıq etmə. Bizə yolun ortasını göstər," demişdilər.
Sad/38:23 "Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bir tək qoyunum var. Belə ikən, "Onu da mənə ver," dedi və mübahisədə mənə üstün gəldi."
Sad/38:24 Dedi ki, "Sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, ortaqçıların çoxu bir-birinin haqqına əl uzadır. İman edib müttəqi davrananlar bunun xaricindədir, onlar isə sayca nə qədər də azdır!" Davud, onu sınadığımızı sanaraq bağışlanma dilədi, əyildi və (Bizə) yönəldi.
Sad/38:25 Beləcə onu bağışladıq. Yanımızda onun yaxınlığı və gözəl bir yeri vardır.
Sad/38:26 Ey Davud, Biz səni yer üzündə rəhbər etdik. İnsanlar arasında ədalətlə hökm ver, həvəsinə və hisslərinə qapılma, sonra səni Allahın yolundan azdırar. Allahın yolundan azanlara, Hesab Gününü unutduqları üçün çətin bir cəza vardır.