Nisa - 4:137 İman edib sonra inkar edən, təkrar iman edib təkrar inkar edən və daha sonra inkar etmələrində irəli gedən kimsələri Allah əfv etməyəcək və onlara yol göstərməyəcək.
Günahkarlar dirildildiklərində də azğınlıq içində olacaqlar:
Qamər/54:46 Saat onları gözləməkdədir, daha qorxunc və ağrılı-acılıdır.
Qamər/54:47 Günahkarlar bir azğınlıq və cəhənnəm içindədir.

İsra/17:72 Bu dünyada kor olanlara gəlincə, onlar axirətdə də kordur və yol baxımından da daha çox azğındır.

Bəqərə/2:174 Allahın nazil etdiyi kitabdan bir şey gizləyib onu az bir dəyərə dəyişənlər, qarınlarına atəş doldururlar. Dirilmə günündə Allah onlarla danışmaz və onları təmizə çıxarmaz. Onlara ağrı-acı verici bir əzab var.

Nisa/4:137 İman edib sonra inkar edən, təkrar iman edib təkrar inkar edən və daha sonra inkar etmələrində irəli gedən kimsələri Allah əfv etməyəcək və onlara yol göstərməyəcək.