Nisa - 4:142 İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.
İkiüzlülər Allahı necə aldatmaq istəyərlər?
Bəqərə/2:8 İnsanlardan elə kimsələr var ki, əslində iman etmədikləri halda "Allaha və axirət gününə iman etdik," deyərlər.
Bəqərə/2:9 Allahı və möminləri aldatmaq istəyərlər. Halbuki öz-özlərini aldadırlar. Fərqində belə deyillər.
Bəqərə/2:10 Qəlblərində xəstəlik var. Allah da xəstəliklərini artırar. Yalanları üzündən ağrılı-acılı bir əzaba layiq görülərlər.
Bəqərə/2:11 Onlara, "Yer üzündə fəsad törətməyin," deyildiyində "Bizlər sadəcə düzəldənlərik," deyərlər.
Bəqərə/2:12 Halbuki onlardır əsil fəsad törədənlər; fərqində belə deyillər.
Bəqərə/2:13 Onlara, "Bu insanların iman etdiyi kimi iman edin," deyildiyində, "Beyinsizlərin iman etdiyi kimimi iman edəcəyik?” deyərlər. Gerçək beyinsizlər onlardır, fəqət bilməzlər.
Bəqərə/2:14 İman edənlərlə qarşılaşdıqları vaxt, "İman edirik," deyərlər; fəqət şeytanlarıyla baş-başa qaldıqlarında, "Sizinlə bərabərik. Biz sadəcə istehza etməkdəyik," deyərlər.
Bəqərə/2:15 Allah da, həddi aşmaları içində sərgərdan vəziyyətdə buraxaraq onlara istehza edər.