Nisa - 4:143 (Onlar) arada tərəddüd edib qalarlar; nə bunlara, nə də onlara qatılarlar. Allahın çaşdırdığına bir yol tapa bilməzsən.
"İkiüzlülər şübhələri içində boğularlar": Əlaqəli
Maidə/5:52 Qəlblərində xəstəlik olanların: “Başımıza bir bəla gəlməsindən qorxuruq”– deyərək onların arasında dolanıb durduqlarını görəcəksən. Ola bilər ki, Allah, zəfəri və ya Öz tərəfindən bir əmr gətirər, sonra da içlərində gizlədikləri düşüncələrinə görə peşman olarlar.

Həşr/59:11 İkiüzlü davrananlara diqqət etmədinmi? Kitab əhlindən inkarçı olan yoldaşlarına, "Çıxardılsanız, biz də sizinlə birlikdə çıxacağıq və sizin əleyhinizə heç bir kimsəyə itaət etməyəcəyik. Sizinlə savaşılarsa, mütləq sizi dəstəkləyəcəyik," deməkdədirlər. Allah onların yalançı olduğuna şahidlik edər.
Həşr/59:12 Doğrusu, onlar çıxarılsalar, onlarla birlikdə çıxmazlar. Onlarla savaşılarsa, onları dəstəkləməzlər. Dəstəkləsələr belə arxalarını dönüb qaçarlar, sonra yardım görməzlər.

Tovbə/9:45 Ancaq Allaha və Axirət gününə iman etməyənlər səndən izin istəyər. Qəlbləri şübhə ilə doludur. Onlar şübhələri içində çaşbaş qalmaqdadırlar.

Bəqərə/2:14 İman edənlərlə qarşılaşdıqları vaxt, "İman edirik," deyərlər; fəqət şeytanlarıyla baş-başa qaldıqlarında, "Sizinlə bərabərik. Biz sadəcə istehza etməkdəyik," deyərlər.
Bəqərə/2:15 Allah da, həddi aşmaları içində sərgərdan vəziyyətdə buraxaraq onlara istehza edər.

Nisa/4:143 (Onlar) arada tərəddüd edib qalarlar; nə bunlara, nə də onlara qatılarlar. Allahın çaşdırdığına bir yol tapa bilməzsən.