Nisa - 4:147
Siz şükür edib və iman etsəniz, Allah sizi nə üçün cəzalandırsın ki? Allah Qarşılıq Verəndir, Güclüdür.
Şükür etməmiz üçün səbəblər?
Əraf/7:10
Sizləri yer üzünə yerləşdirdik və orada sizləri yaşama imkanları ilə təmin etdik. Nə qədər də az şükür edirsiniz.
Ənfal/8:26
Sayca az olduğunuz, yer üzündə əzilib xor baxıldığınız və insanların sizi ələ keçirib qaçıracaqlarından qorxduğunuz zamanları xatırlayın. O sizi sığınacaqla təmin etdi, sizi yardımı ilə dəstəklədi və gözəl şeylərdən sizə ruzilər verdi ki, şükür edəsiniz.
Nəhl/16:14
O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
Nəhl/16:78
Allah sizi analarınızın qarnından çıxardığı zaman bir şey bilmirdiniz. Sizə eşitmə, görmə duyğuları və beyinlər verdi ki, şükür edəsiniz.
Nəhl/16:114
Allahın sizə ruzi olaraq verdiklərini, halal və təmiz olaraq yeyin və Allahın nemətlərinə şükür edin; sadəcə Ona qulluq edirsinizsə.
Ənbiya/21:80
Və sizi savaşlarınızda qorusun deyə ona zireh düzəltməyi öyrətdik. Artıq şükür edirsinizmi?
Həcc/22:36
Allaha qulluğun bir işarəti olaraq, heyvanların qurban edilməsində sizin üçün faydalar mövcuddur. Onlar sırada düzülmüş halda üzərlərində Allahın ismini xatırlamalısınız. Yanları üzərinə düşdükləri zaman da onlardan yeyin və dilənənə də, dilənməyən yoxsula da yedirdin. Şükür edəsiniz deyə onları sizə amadə qıldıq.
Muminun/23:78
Odur yaradan, eşitmə, görmə duyğuları və beyinlər. Nə qədər də az şükür edirsiniz.
Qasas/28:73
Gecəni və gündüzü, birində dincəlməyiniz və digərində Onun nemətlərini axtarmağınız üçün nizama salması Onun rəhmətindəndir. Bəlkə şükür edərsiniz.
Səcdə/32:9
Sonra onu düzəldib formaya salıb ona ruhundan üfürdü. Sizə eşitmə və görmə bacarığı ilə beyinlər verdi; siz çox seyrək (hərdənbir) şükür edirsiniz.