Nisa - 4:150 Allaha və elçisinə qarşı çıxanlar, Allah ilə elçilərinin arasını ayırmaq istəyənlər, "Bir qisminə iman edib, bir qismini inkar edərik," - deyənlər və bu ikisi arasında bir yol seçmək istəyənlər...
Allah ilə elçilərinin arasını ayırmaq istəyən kitab əhlinin inkar edənlərinə istinad:
Bəqərə/2:140 İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."

Ali İmran/3:65 Ey Kitab əhli! Nə üçün İbrahim haqqında mübahisə edirsiniz? Halbuki Tövrat da, İncil də ondan sonra nazil edildi. Ağlınızı işlətməyəcəksiniz?
Ali İmran/3:66 Məlumat sahibi olduğunuz mövzularda mübahisə edirsiniz! Bəs haqqında heç bir məlumata sahib olmadığınız bir mövzuda necə mübahisə edə bilirsiniz? Siz bilməyə bilərsiniz; amma Allah bilir.
Ali İmran/3:67 İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.