Nisa - 4:153 Kitab əhli, sənin onlara göydən bir kitab endirməyini istəyir. Musadan, bunun daha böyüyünü istəmiş və, "Bizə Allahı fiziki olaraq göstər,” – demişdilər. Bu cür həddi aşmalarından ötrü onları ildırım vurdu. Onlara açıq-aşkar dəlillər gəlməsinə rəğmən buzova qulluq/xidmət etdilər. Onları yenə əfv etdik və Musaya da açıq-aşkar bir səlahiyyət verdik.
Təfsilatı:
Bəqərə/2:55 Bir zamanlar, "Ey Musa, Allahı fiziki olaraq (açıq-aşkar) görmədikcə iman etməyəcəyik,”– demişdiniz. Gözünüz görə-görə sizi ildırım vurmuşdu.
Bəqərə/2:56 Sonra, bəlkə şükür edərsiniz deyə ölümünüzün ardından sizi diriltmişdik.

Əraf/7:155 Musa Bizim təyin etdiyimiz görüş vaxtı üçün xalqının arasından yetmiş kişi seçdi. Onları sarsıntı tutunca: "Rəbbim, istəsəydin məni və onları daha öncə məhv edərdin. İçimizdəki başıboşların (səfehlərin) etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, Sənin edəcəyin bir sınaq olmalıdır. İstədiyini onunla azdırar, istədiyini də onunla doğru yola yönəldərsən. Sahibimiz Sənsən; bizi bağışla, bizə acı. Sən ən yaxşı Bağışlayansan," dedi,