Nisa - 4:154 Onlardan söz alarkən Sina Dağını üzərlərinə yüksəltdik. Onlara, "Qapıdan təvazökar olaraq daxil olun," - dedik. Onlara, "Şənbə gününün qadağasını pozmayın," - dedik; onlardan sağlam bir söz aldıq.
Əlaqəli:
Bəqərə/2:58 “Bu şəhərə daxil olun. Orada istədiyiniz yerdən bol-bol yeyin. Qapıdan təvazökar olaraq daxil olun və dostca danışın ki, xətalarınızı bağışlayaq. Gözəl davrananlara daha artığını verərik" demişdik.

Əraf/7:161 Xatırla ki, onlara: "Bu şəhərdə sakin olun, orada istədiyiniz kimi yeyin, dostca danışın və qapıdan təvazökar olaraq girin ki, xətalarınızı bağışlayaq. Yaxşılıq edənlərə daha çoxunu verəcəyik," deyildiyində,
Əraf/7:162 Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.