Nisa - 4:157
Və Allahın elçisi "Məryəm oğlu İsa Məsihi öldürdük," – demələrindən ötrü... Halbuki onu öldürmədilər və onu asmadılar; Fəqət elə etdiklərini sandılar. Bütün məzhəblər bu mövzuda şübhə içindədir. Onların bu mövzuda bir biliyi yoxdur; sadəcə zənnə uyurlar. Qətiyyən onu öldürmədilər.
İsrail oğulları İsanı nə üçün öldürmək istədilər?
Ali İmran/3:49
"İsrail oğullarına göndərilən bir elçi olaraq (deyəcək ki): Mən sizə, Rəbbinizdən bir dəlil ilə gəldim. Sizə palçıqdan quş heykəli düzəldib ona üfürərəm və Allahın izni ilə bir quş olar. Allahın izni ilə koru və cüzamlını yaxşılaşdırar, ölünü dirildərəm. Nə yediyinizi və evlərinizdə nələr yığıb saxladığınızı sizə bildirə bilərəm. İman edəcəksinizsə bu dəlillər sizin üçün yetərlidir."
Ali İmran/3:50
"Məndən öncəki Tövratı təsdiqləmək və sizə haram edilən bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahı dinləyin və məni izləyin."
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Ali İmran/3:52
İsa onlardan inkarçı bir rəftarı hiss edincə, "Allah yolunda kim mənə yardımçı olacaq?" - dedi. Tələbələri, “Biz Allahın yardımçılarıyıq; Allaha iman etdik. Müsəlman olmağımıza şahid ol", deyə qarşılıq verdilər.
Ali İmran/3:53
"Rəbbimiz, nazil etdiyinə iman etdik və elçiyə tabe olduq. Bizi şahidlər siyahısına yaz!”
Ali İmran/3:53
"Rəbbimiz, nazil etdiyinə iman etdik və elçiyə tabe olduq. Bizi şahidlər siyahısına yaz!”
Ali İmran/3:54
Hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.
Ali İmran/3:55
Allah İsaya belə demişdi: “Sənin dünyadakı həyatına son verəcəyəm və Özümə yüksəldəcəyəm. Səni inkar edənlərdən qurtaracağam və sənə tabe olanları Dirilmə Gününə qədər inkar edənlərin üzərində tutacağam. Sonra, dönüşünüz Mənədir və mübahisə etdiyiniz mövzular barəsində, aranızda Mən hökm verəcəyəm."
Ali İmran/3:56
"Kafirləri isə dünyada və axirətdə şiddətli bir şəkildə cəzalandıracağam; yardımçıları da olmayacaq."