Nisa - 4:157 Və Allahın elçisi "Məryəm oğlu İsa Məsihi öldürdük," – demələrindən ötrü... Halbuki onu öldürmədilər və onu asmadılar; Fəqət elə etdiklərini sandılar. Bütün məzhəblər bu mövzuda şübhə içindədir. Onların bu mövzuda bir biliyi yoxdur; sadəcə zənnə uyurlar. Qətiyyən onu öldürmədilər.
İsrail oğulları peyğəmbərləri nə üçün öldürdülər?
Maidə/5:70 İsrail oğullarından söz almış, onlara elçilər göndərmişdik. Hər nə vaxt xoşlarına gəlməyən bir şeylə onlara bir elçi gəldisə, bir qismini yalanlayıb, bir qismini də öldürdülər.

Bəqərə/2:87 Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.