Nisa - 4:161 Çəkindirildikləri halda, sələm (riba) almalarından və insanların parasını (pulunu) haqsızlıqla yemələrindən ötrü... Onların inkar edənlərinə ağrılı-acılı bir əzab hazırladıq.
İnsanların pulunu haqsızlıqla yeməyə örnək:
Bəqərə/2:188 Paralarınızı (pullarınızı) öz aranızda haqsız yollarla yeməyin. İnsanların parasını (pulunu) haqsız yerə yemək məqsədi ilə bilə-bilə məmurlara/yönəticilərə rüşvət verməyin.

Mutaffifin/83:2 İnsanlardan bir şey aldıqlarında ölçünü tam ölçərlər.
Mutaffifin/83:3 Verdikləri zaman isə ölçünü və çəkini əskik tutarlar.

Əraf/7:85 Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."