Nisa - 4:163 Nuha və ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba və soyuna, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmiş, Davuda da Zəbur vermişdik.
Nuhdan sonra gələn peyğəmbərlər:
Ənam/6:84 Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.

Hud/11:89 "Xalqım, mənə qarşı çıxmanız, əsla sizi Nuh xalqının, və ya Hud xalqının, yaxud Saleh xalqının başına gələnlər kimi bir fəlakətə götürməsin. Üstəlik, Lut xalqı sizdən çox da uzaqda deyil."

Qaf/50:12 Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.
Qaf/50:14 Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.