Nisa - 4:165 Müjdələr və xəbərdarlıqlar gətirən elçilər... Ona görə ki, bütün bu elçilərdən sonra insanların Allaha qarşı bir bəhanələri qalmasın. Allah Üstündür, Hikmət Sahibidir.
Elçilərin inkarçılara gətirdiyi müjdə nədir?
Ali İmran/3:21 Allahın ayələrini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə və insanlar arasında ədaləti müdafiə edənləri öldürənlərə ağrılı-acılı bir əzabı müjdələ.

Casiyə/45:8 Ona oxunan Allahın ayələrini eşitdikdən sonra, sanki onları heç eşitməmiş kimi təkəbbür göstərərək müqavimət göstərir. Onu ağrılı-acılı bir cəza ilə müjdələ.

Nisa/4:138 İkiüzlülərə ağrılı-acılı bir əzabı müjdələ.

Tovbə/9:3 Bu, eyni zamanda Allah və Elçisindən bütün insanlara, böyük həcc günü yayımlanmış bir xəbərdarlıqdır: Allah bütpərəstlərdən uzaqdır, elçisi də... Tövbə edərsəniz sizin üçün daha yaxşıdır. Dönərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. İnkar edənlərə ağrılı-acılı bir əzabı müjdələ.
Tovbə/9:34 Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.