Nisa - 4:171
Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.
Allaha övlad yaraşdırmanın təhlükəsi:
Məryəm/19:88
Hətta "Rəhman (Özünə) övlad götürdü," dedilər.
Məryəm/19:89
Siz, arsızca bir tezis (iddia) irəli sürdünüz.
Məryəm/19:90
Bu arsızlıqdan ötrü az qala göylər parçalanacaq, yer yarılacaq və dağlar uçacaqdır.
Məryəm/19:91
Rəhmana övlad isnad etdilər deyə...
Məryəm/19:92
Övlad götürmək Rəhmana yaraşmaz.
Məryəm/19:93
Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.
Ənam/6:101
Göyləri və yeri yoxdan icad edəndir. Zövcəsi olmadığı halda necə olur ki, övladı olur? Hər şeyi O yaratmışdır və O, hər şeyi biləndir.
İsra/17:40
Rəbbiniz oğulları sizə seçdi sonra da Özünə mələklərdən qızlarımı götürdü? Çox böyük bir iddiadasınız.