Nisa - 4:172
Nə Məsih, nə də yaxın mələklər Allahın qulu olmağı kiçiklik saymaz. Kim Ona qulluğu kiçik görər, sonra da özünü böyük tutarsa, bilsin ki, O, onların hamısını hüzuruna toplayacaqdır.
Yalnız Allaha qul olmağa çağrılanlar və böyük göstərmələri:
Furqan/25:60
Onlara, "Rəhmana səcdə edin!" deyildiyi zaman, "Rəhman da nə imiş? Sənin bizə qarşı müdafiə etdiyin şeyəmi səcdə edəcəyik?" deyərlər. Və bu, ancaq onların nifrətini artırar.
Əraf/7:59
Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Əraf/7:60
Xalqının öncüləri, "Səni açıq-aşkar bir azğınlıq içində görürük," dedilər.
Əraf/7:70
Dedilər ki: "Sadəcə Allaha qulluq edək və atalarımızın qulluq/xidmət etdiklərini tərk edək deyəmi bizə gəldin? Doğru sözlüsənsə bizi təhdid etdiyin şeyi gətir, görək."
Yunus/10:78
Dedilər: "Sən, yer üzündə böyüklük ikinizə qalsın deyə, atalarımızı üzərində gördüyümüz şeydən bizi çevirmək üçünmü bizə gəldin? Biz sizə əsla iman etməyəcəyik."
Hud/11:53
Dedilər ki: "Ey Hud, Sən bizə qəti bir dəlil ilə gəlmədin, biz, sırf sənin sözünlə dinimizi buraxan deyilik. Sənə iman edəcək deyilik."
Hud/11:54
"Sənin tanrılarımızın biri tərəfindən vurulduğunu söyləyirik." Dedi ki: "Allahı şahid tuturam, siz də şahid olun ki, mən uzağam sizin ortaq qoşduğunuz,"
Hud/11:62
Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."
İbrahim/14:9
Sizdən öncəkilərin, Nuh, Ad və Səmud xalqının və onlardan sonra gəlib, sadəcə Allahın bildiyi kimsələrin xəbərləri sizə yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getdilər, fəqət onlara dəyər vermədilər (alçaltdılar) və "Biz gətirdiyiniz şeyi inkar edirik və bizi çağırdığınız mesaj haqqında şəkkimiz və şübhəmiz var," dedilər.
İbrahim/14:10
Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
Furqan/25:41
Səni hər gördüklərində sənə istehza edərlər: "Allahın elçi olaraq göndərdiyi şəxs budurmu?"
Furqan/25:42
"Müqavimət göstərməsəydik, az qala bizi tanrılarımızdan azdırırıb ayıracaqdı." Əzabı gördüklərində kimin gerçəkdən azğın yolda olduğunu öyrənəcəklər.
Saffat/37:35
Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Saffat/37:36
"Tanrılarımızı dəli bir şairə görə tərk edəcəyik?" deyirdilər.
Sad/38:5
"Tanrıları tək tanrımı yaratdı? Bu, gerçəkdən çox qəribədir!"
Sad/38:6
Onların liderləri önə çıxdılar, "Gedin, tanrılarınıza bağlı qalın. Sizdən istənilən sadəcə budur."
Sad/38:7
"Sonuncu dində beləsini eşitmədik. Bu bir uydurmadır."
Sad/38:8
"Mesaj, nə üçün aramızdan ona nazil edildi?" Əslində, onlar mesajımdan şübhə içindədirlər. Xeyr, onlar əzabı hələ dadmadılar.
Ğafir/40:84
Nəhayət cəzamızı gördüklərində, "Artıq SADƏCƏ Allaha iman etdik və ortaq qoşduqlarımızı inkar etdik," deyərlər -
Əhqaf/46:21
Ad qövmünün qardaşının qum təpələrindəki xalqını xəbərdar etmiş olduğunu xatırla! Ondan öncə və sonra "Allahdan başqasına qulluq etməyin. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram," deyən neçə-neçə xəbərdar edən (elçilər) keçmişdi.
Əhqaf/46:22
"Bizi tanrılarımızdan döndərmək üçünmü bizə gəldin? Doğru sözlüsənsə bizə söz verdiyini gətir görək," dedilər.
Nuh/71:21
Nuh dedi ki, "Rəbbim, onlar mənə qarşı gəldilər və parası (pulu), övladları özünə sadəcə zərər verən bir kimsəyə uydular."
Nuh/71:22
"Və hətta böyük hiylələr qurdular."
Nuh/71:23
Dedilər ki, "Tanrılarınızı tərk etməyin. Nə Vəddi, nə Suvaı, nə Yəğusu, Yəuqu və Nəsri buraxmayın."
Nuh/71:24
"Çox insanı yoldan çıxartdılar. Elə isə, sən də zalımların (özlərinə zülm edənlərin) şaşqınlığını artır."