Nisa - 4:175 Allaha iman edib və Ona sarılanları isə Öz rəhmətinə və lütfünə daxil edəcək, onları ən doğru bir yola salaraq Özünə tərəf yönəldəcəkdir.
Dirilmə günü Allahın iman edənlərə rəhməti nədir?
Ğafir/40:8 "Rəbbimiz, onları, müttəqi atalarını, zövcələrini və uşaqlarını söz verdiyin Ədn cənnətlərinə daxil et. Şübhəsiz Sən Üstünsən, Hikmət Sahibisən."
Ğafir/40:9 "Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."

Ənam/6:15 De ki, "Rəbbimə qarşı gələrsəm, Böyük Günün əzabından qorxaram."
Ənam/6:16 O gün kimdən əzab çevrilərsə (Tanrı) ona rəhmət etmişdir. Ən böyük zəfər budur.

Əraf/7:156 "Bu dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də... Biz Sənə yönəldik." Dedi ki: "Əzabım istədiyim kimsəyə toxunacaqdır. Rəhmətim isə hər şeyi bürümüşdür; onu xüsusilə: müttəqi bir həyat sürənlərə, zəkatı verənlərə və ayələrimizə iman edənlərə yazacağam."