Nisa - 4:18
Davamlı olaraq pis işlər görən və özlərinə ölüm yetişincə: “Mən artıq tövbə etdim!”– deyənlərin tövbəsi keçərsizdir. İnkarçı olaraq ölənlərin də tövbəsi keçərsizdir. Onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
Ölüm anında edilən tövbə keçərsizdir:
Yunus/10:90
İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun ordusu isə küstahca və düşməncə arxalarına düşdü. Boğulmaq üzrə ikən, "İsrail oğullarının iman etdiyindən başqa tanrı olmadığına iman etdim, mən müsəlmanam," dedi.
Yunus/10:91
"Çox gec! Daha öncə baş qaldırmış və fəsad törədənlərdən olmuşdun."
Ali İmran/3:90
İmanlarından sonra inkar edib, inkarlarında həddi aşanların tövbələri qəbul edilməz; onlar artıq tamamilə azmışdır.