Nisa - 4:24 Ayrıca sözləşmələrinizlə (müqavilələrinizlə) üzərlərində haqqa sahib olduqlarınız xaric, evli qadınlar (qadağan edilmişdir). Bunlar, Allahın üzərinizə vacib etdiyi qanunlardır. Bunların xaricindəkilər, iffətli yaşamanız, zina etməməniz və mehrləriylə istəməniz şərtiylə sizə halaldır. Onlardan xoşlandıqlarınıza, vacib bir (qayda) olaraq mehrlərini ödəyin. Bu vacibatı yerinə yetirərkən mehri ayarlamaq üçün qarşılıqlı razılaşmanızda bir günah yoxdur. Allah Biləndir, Hikmət Sahibidir.
Qadınların mehrləri haqqında
Bəqərə/2:236 Yaxınlıq etmədən, yaxud mehrlərini təyin etmədən öncə qadınları boşamanızda bir qəbahət yoxdur. Bu vəziyyətdə ödəmə edin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə verdikləri zərərə uyğun bir təzminat verməlidir. Bu, gözəl davrananların görəvidir.
Bəqərə/2:237 Mehr təyin etdikdən sonra, ancaq onlarla yaxınlıq etməzdən öncə onları boşamışsınızsa, onlara söz verdiyiniz mehrin yarısını verməlisiniz. Ancaq, qadın haqqından vaz keçərsə və ya əri mehrin hamısını vermək istəyərsə başqa... Vaz keçməniz daha müttəqi bir davranışdır. Aranızdakı dostluğu unutmayın. Allah etdiklərinizi Görəndir.

Nisa/4:24 Ayrıca sözləşmələrinizlə (müqavilələrinizlə) üzərlərində haqqa sahib olduqlarınız xaric, evli qadınlar (qadağan edilmişdir). Bunlar, Allahın üzərinizə vacib etdiyi qanunlardır. Bunların xaricindəkilər, iffətli yaşamanız, zina etməməniz və mehrləriylə istəməniz şərtiylə sizə halaldır. Onlardan xoşlandıqlarınıza, vacib bir (qayda) olaraq mehrlərini ödəyin. Bu vacibatı yerinə yetirərkən mehri ayarlamaq üçün qarşılıqlı razılaşmanızda bir günah yoxdur. Allah Biləndir, Hikmət Sahibidir.
Nisa/4:25 Sizdən azad qadınlarla evlənməyə imkanı olmayanlar, iman etmiş andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqları ilə evlənsinlər. İnancınızı ən yaxşı bilən Allahdır. Bir-birinizə uyğunsunuz. Sahiblərinin izniylə və uyğun şəkildə mehrlərini ödəyərək onlarla nikahlanın. İffətli yaşasınlar, zina etməsinlər və gizli dostlar tapmasınlar. Evlilik yoluyla azadlıqlarına qovuşduqdan sonra zina edərlərsə, onlara azad qadınlara verilən cəzanın yarısı tətbiq edilməlidir. Bu, günaha girməkdən qorxanlarınız üçündür. Səbr edərsəniz sizin üçün daha yaxşıdır. Allah Bağışlayandır, Rəhmlidir.

Mumtəhənə/60:10 Ey iman edənlər, iman edən mühacir qadınlar sizə sığındığında onları sorğu-sual edin. Allah onların inanclarını çox yaxşı bilir. İnanclı olduqlarını anlasanız, onları kafirlərə geri göndərməyin. Nə bunlar o inkar edənlərə halaldır, nə də onlar bunlara halaldır. İnkar edənlərin xərclədiyi mehrlərini onlara geri verin. Mehrlərini ödədiyiniz təqdirdə bunlarla evlənmənizdə məhzur yoxdur. İnkar edən qadınları öhdəliyinizdə saxlamayın. Onlara xərclədiyiniz mehrlərinizi istəyə bilərsiniz, onlar da verdikləri mehrlərini istəyə bilərlər. Bu, Allahın hökmüdür. O aranızda hökm verir. Allah Biləndir, Hikmət Sahibidir.