Nisa - 4:26
Allah sizə bunları açıqlamaq, sizdən öncəkilərin yoluna sizi yönəltmək və Özünə yönəlməyinizə (tövbənizə) qarşılıq vermək istəyir. Allah Biləndir, Hikmət Sahibidir.
Bizdən öncəkilər və onların yolu:
Fatihə/1:6
Bizi doğru yola yetişdir.
Fatihə/1:7
Qəzəbə uğrayanların və sapmışların deyil; özlərinə yaxşılıq etdiyin kimsələrin yoluna...
Ənam/6:83
Bunlar, xalqına qarşı istifadə etməsi üçün İbrahimə verdiyimiz mübahisə üsuludur. İstədiyimizi dərəcələrlə yüksəldərik. Rəbbin Hikmət sahibidir, Biləndir.
Ənam/6:84
Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:85
Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86
İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.
Ənam/6:87
Atalarından, soylarından və qardaşlarından bir çoxunu seçib doğru yola yönəltdik.
Ənam/6:88
Allahın hidayəti belədir. Qullarından istədiyini və/və ya istəyəni ona yetişdirir. Ortaq qoşsaydılar etdikləri boşa çıxardı.
Ənam/6:89
Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.
Ənam/6:90
Bunlar, Allahın doğru yola yetişdirdikləridir. Onların yoluna tabe ol. De ki: "Mən buna qarşılıq sizdən bir ücrət istəmirəm. Bu, sadəcə bütün insanlara bir mesajdır."
Məryəm/19:36
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."