Nisa - 4:28
Allah isə yükünüzü yüngülləşdirmək istəyir. Çünki insan zəif yaradıldı.
Məqsəd nədir?
Nisa/4:112
Kim bir xəta yaxud bir günah işləyər, sonra da onu bir günahsızın üzərinə atarsa, şübhəsiz böyük bir iftira və açıq-aşkar bir günah yüklənmiş olar.
Əhzab/33:33
Evlərinizdə oturun və keçmiş cahiliyyə dövründəki kimi insanlarla çox iç-içə (yaxın) olmayın. Namazı qoruyun, zəkatı verin, Allah və elçisinə tabe olun. Ey Kəbənin çevrəsində yaşayanlar, Allah sizdən günahları qaldırmaq və sizi tamamilə təmizləmək istəyir.
Maidə/5:6
Ey iman edənlər! Namaza qalxdığınız zaman yuyun; üzünüzü, dirsəklərə qədər əllərinizi. Sığallayın: başınızı və topuqlara qədər ayaqlarınızı, əgər cinsi əlaqədə olmuşsunuzsa yuyunun. Xəstə və ya səfərdəsinizsə, yaxud ayaq yolundan gəlmiş, yaxud qadınlarla cinsi əlaqədə olmuş və su tapa bilməmişsinizsə, təmiz bir torpağa yönəlib üzünüzü və qollarınızı onunla sığallayın. Allah sizi çətinliyə salmaq istəməz. Ancaq sizi təmizləmək və üzərinizdəki nemətini tamamlamaq istəyir. Ola bilər ki, şükür edərsiniz.
Maidə/5:29
"Günahımı günahınla birlikdə yüklənərək cəhənnəmə girməyini istəyərəm. Zalımlar bu cür cəzalandırılar."
Ənam/6:31
Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!
Nəhl/16:25
Dirilmə günündə öz günahlarının hamısını, ayrıca azdırdıqları kimsələrin günah yüklərindən də bir payı yüklənərlər. Yükləri necə də pisdir.
Ta ha/20:111
Bütün üzlər O Yaşayan, Əbədi İdarəçiyə tərəf çevrilmişdir. Zülm yüklənənlər ziyana uğrayacaqdır.
Əhzab/33:58
İman edən kişiləri və iman edən qadınları, etmədikləri bir şeydən dolayı incidənlər, əlbəttə bir iftira və açıq-aşkar bir günah yüklənmişlərdir.
Fatir/35:18
Kimsə kimsənin günahını yüklənməz. Günahla yüklənmiş birisi yükünü daşımaq üçün əqrəbalarını belə çağırsa onun yükündən heç bir şey daşınmaz. Sən yalnızca, öz başlarına ikən Rəblərinə hörmət edən və namazı qoruyan şəxsləri xəbərdar edə bilərsən. Kim özünü təmizləyərsə, öz xeyrinə təmizlənmişdir. Dönüş Allahadır.