Nisa - 4:32 Allahın hər birinizə bağışladığı bacarığa tamah salmayın. Kişilərə qazandıqlarından bir pay, qadınlara da qazandıqlarından bir pay var. Allahdan sizə lütfünü bağışlamasını istəyin. Allah hər şeyi Bilir.
Kişilərə və qadınlara qazandıqlarından bir pay var:
Nisa/4:124 Kişi və ya qadın, hər kim iman edərək müttəqi bir həyat sürərsə cənnətə girər və ən ufaq bir haqsızlıq görməz.

Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Nəhl/16:97 Kişi olsun, qadın olsun, hər kim inanclı olaraq yaxşı bir iş görərsə, ona bu dünyada gözəl bir həyat bağışlayarıq və etdikləri yaxşı işlərə qarşılıq mükafatlarını da tam verərik.