Nisa - 4:34
Kişilər qadınları himayə edərlər. Çünki Allah hər birinə fərqli bacarıqlar və xüsusiyyətlər vermişdir. Necə ki, kişilər evin dolanışığından məsuldur. Müttəqi qadınlar, (Tanrının qanunana) boyun əyər və Allahın qorumasını əmr etdiyi (şərəf və iffətlərini) tək başlarına olsalar belə qoruyarlar. İffətlərindən narahat olduğunuz qadınlara öyüd verin, yataqlarınızı ayırın və nəhayət onları çıxardın. Sizə itaət edərlərsə, onlara qarşı (başqa) bir yol axtarmayın. Allah Ucadır, Böyükdür.
Allah qadın və kişiyə fərqli qabiliyyətlər vermişdir:
Nisa/4:34
Kişilər qadınları himayə edərlər. Çünki Allah hər birinə fərqli bacarıqlar və xüsusiyyətlər vermişdir. Necə ki, kişilər evin dolanışığından məsuldur. Müttəqi qadınlar, (Tanrının qanunana) boyun əyər və Allahın qorumasını əmr etdiyi (şərəf və iffətlərini) tək başlarına olsalar belə qoruyarlar. İffətlərindən narahat olduğunuz qadınlara öyüd verin, yataqlarınızı ayırın və nəhayət onları çıxardın. Sizə itaət edərlərsə, onlara qarşı (başqa) bir yol axtarmayın. Allah Ucadır, Böyükdür.
Bəqərə/2:247
Peyğəmbərləri onlara, “Allah sizə kral olaraq Talutu təyin etdi,” - dedi. Onlar, “Biz hökmranlığa ondan daha layiq olduğumuz halda necə olur ki, üzərimizdə əmr sahibi olur? Üstəlik zəngin biri də deyil," - dedilər. O da, "Allah onu üzərinizə seçdi. Onun bilgi və bədən gücünü artırdı," dedi. Allah mülkünü istədiyinə verir. Allah Comərddir, Biləndir.
Bəqərə/2:223
Qadınlarınız, (toxum əkdiyiniz) tarlalarınızdır. Tarlanıza istədiyiniz kimi varın. Özünüz üçün gələcəyə hazırlıq görün. Allahı dinləyin və Onunla mütləq qarşılaşacağınızı bilin. İman edənlərə müjdə ver.
Ali İmran/3:35
İmranın arvadı demişdi ki: “Rəbbim! Qarnımdakı (uşağı) tamamiylə Sənə nəzir etdim. Etdiyim nəziri qəbul et! Sən Eşidənsən, Bilənsən”.
Ali İmran/3:36
Onu doğunca: “Rəbbim, onu qız doğdum”, dedi. Allah onun nə doğacağını bilirdi. “Oğlan qız kimi deyil. Ona Məryəm adını verdim, onu və soyunu, qovulmuş şeytandan qorumağın üçün Sənə yalvarıram”.
Nisa/4:32
Allahın hər birinizə bağışladığı bacarığa tamah salmayın. Kişilərə qazandıqlarından bir pay, qadınlara da qazandıqlarından bir pay var. Allahdan sizə lütfünü bağışlamasını istəyin. Allah hər şeyi Bilir.
Rad/13:8
Allah hər dişinin yükləndiyini, rəhimlərin əskiltdiyini və artırdığını bilir. Onun yanında hər şey müəyyən bir ölçüyə görədir.