Nisa - 4:36 Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
Allaha şərik qoşanların cəzası nədir?
Nisa/4:48 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.
Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.

Maidə/5:72 "Allah Məryəm oğlu Məsihdir," – deyənlər əlbəttə inkar etmişdir. Halbuki Məsih, “İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun!" demişdi. Kim Allaha ortaq qoşarsa, Allah ona Cənnəti qadağan edər, yeri də atəş olar. Zalımlar üçün yardımçı da tapılmaz.

Həcc/22:31 Allaha ortaq qoşmayaraq, özünüzü sadəcə Ona həsr edin. Kim Allaha ortaq qoşarsa, sanki göydən düşmüş və onu kərkəz qapmış və ya ruzgar tərəfindən dərin bir fiordda sürüklənirmiş kimi olar.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.