Nisa - 4:39
Allaha və axirət gününə iman etsəydilər və Allahın onlara verdiyi ruzidən yardım olaraq xərcləsəydilər nə olardı? Allah onları bilir.
Allaha və axirət gününə iman etsəydilər:
Bəqərə/2:62
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Maidə/5:69
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.