Nisa - 4:42 İnkar edənlər və elçiyə qarşı gələnlər o gün yerlə bir olmaq istəyərlər. Allahdan heç bir söz gizləyə bilməzlər.
İnkar edənlər o gün necə yerlə yeksan olmaq istəyərlər?
Furqan/25:12 Cəhənnəm onları uzaqdan görüncə, onun öfkəsini və uğultusunu eşidərlər.
Furqan/25:13 Zəncirlənmiş olaraq onun dar bir yerindən atıldıqları zaman ölümü çağırarlar.

Zuxruf/43:77 "Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.

Haqqə/69:25 Kitabı solundan verilənlərə gəlincə, onlar, "Kaş ki, kitabım mənə verilməsəydi," deyər,

Nəbə/78:40 Biz, sizə yaxın bir əzab ilə xəbərdarlıq etmişik. O gün insan etdiklərinə baxar və inkar edən isə, "Kaş ki, torpaq olsaydım!" deyər.