Nisa - 4:42
İnkar edənlər və elçiyə qarşı gələnlər o gün yerlə bir olmaq istəyərlər. Allahdan heç bir söz gizləyə bilməzlər.
Məqsəd nədir?
Casiyə/45:27
Göylərin və yerin hökmranlığı Allaha aiddir. Saat (dünyanın sonu) gerçəkləşdiyi gün, məhz o gün batili müdafiə edənlər məğlub olacaqdır.
Casiyə/45:28
Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."
Casiyə/45:29
"Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."
Yunus/10:21
Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."
Qaf/50:17
Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).
Zuxruf/43:80
Yoxsa, sirlərini və gizli planlarını eşitmədiyimizimi sanırlar? Doğrusu, yanlarındakı elçilərimiz qeyd etməkdədirlər (yazmaqdadırlar).
İnfitar/82:10
Halbuki üstünüzdə qoruyucular vardır.
İnfitar/82:11
Onlar şərəfli qeyd edənlərdir (yazanlardır).
İnfitar/82:12
Etdiklərinizi bilirlər.
İsra/17:13
Hər insanın qədərini öz boynuna (şəxsi seçiminə) bağlamışıq. Dirilmə günündə, onun üçün bir qeyd (yazı) çıxarıb yayımlayarıq.
İsra/17:14
Qeydini (yazını) oxu! Bu gün hesab çəkən olaraq sən özünə kifayətsən.
Qamər/54:52
Bütün etdikləri kitablarda qeyd edilmişdir (yazılıdır).
Qamər/54:53
Kiçik və böyük hamısı yazılmışdır.
Təkvir/81:10
Qeyd edilənlər (yazılar) yayımlandığı zaman,
Məryəm/19:79
Xeyr. Söylədiklərini qeyd edəcəyik (yazacağıq) və cəzasını artıracağıq.
Ənbiya/21:94
Kim inanclı olaraq müttəqi işlər görərsə, onun bu cəhdi boşa getməyəcəkdir; Biz sürəkli olaraq qeyd etməkdəyik.
Ya sin/36:65
O gün ağızlarına möhür vurarıq, sonra da Bizimlə əlləri danışar və etdiklərinə də ayaqları şahidlik edər.
Fussilət/41:22
Nə eşitmə və görmə orqanlarınızın, nə də dərilərinizin əleyhinizdəki şahidliyini gizləməyə gücünüz yetməz. Buna rəğmən siz etdiklərinizin çoxunu Allahın bilməyəcəyini sanırdınız.
Zəlzələ/99:6
O gün, insanlar etdikləri özlərinə göstərilsin deyə dəstə-dəstə çıxıb gələrlər.