Nisa - 4:47 Kitablılar! Bəzi üzləri çevirib sürgünə göndərmədən və Şənbə Əhlini lənətlədiyimiz kimi lənətləmədən öncə, yanınızdakıları təsdiqləyici olaraq nazil etdiyimizə iman edin. Allahın əmri daim yerinə yetirilmişdir.
Şənbə əhli kimlərdir?
Bəqərə/2:63 Sina dağını üzərinizə qaldıraraq bir zamanlar sizdən söz almışdıq: “Sizə verdiyimizə qüvvətlə sarılın, içindəkiləri xatırlayın ki, qorunasınız,” demişdik.
Bəqərə/2:64 Fəqət bundan sonra da üz çevirdiniz. Allahın sizə bol neməti və mərhəməti olmasaydı ziyana uğrayardınız.
Bəqərə/2:65 Sizdən şənbə günü qadağasını pozanları əlbəttə bilirsiniz. Onlara, "Mənfur meymunlar olun," dedik.

Əraf/7:163 Onlardan dəniz kənarındakı topluluq haqqında soruş. O vaxt şənbə günü işləmə qadağasını pozurdular. Şənbə gününə riayət etdikləri gün balıqları onlara axın-axın gəlirdi; ancaq şanbə gününə riayət etmədikləri gün onlara balıq gəlmirdi. Yoldan çıxdıqları üçün onları belə sınayırdıq.