Nisa - 4:47
Kitablılar! Bəzi üzləri çevirib sürgünə göndərmədən və Şənbə Əhlini lənətlədiyimiz kimi lənətləmədən öncə, yanınızdakıları təsdiqləyici olaraq nazil etdiyimizə iman edin. Allahın əmri daim yerinə yetirilmişdir.
Yanlarındakilərini təsdiqləyici olaraq nazil edilən:
Ali İmran/3:3
Sənə bu kitabı, özündən öncəkiləri təsdiqləyici olaraq gerçəklə nazil etdi. Tövratı və İncili də nazil etdi.
Yunus/10:37
Bu Quran, Allahdan başqası tərəfindən hazırlanan bir kitab deyildir. Ancaq özündən öncəkiləri təsdiqləyən və kitabın (qanunların) detallı bir açıqlamasıdır. Bunda şübhəniz olmasın; aləmlərin Rəbbindəndir.
Bəqərə/2:97
Bunu de: “Özündən öncəkiləri təsdiqləyici, iman edənlərə yol göstərici və müjdə olaraq Allahın izni ilə bunu qəlbinə nazil edən Cəbrailə hər kim düşmən olarsa,
Fatir/35:31
Bu kitabda sənə vəhy etdiklərimiz, özündən öncəkiləri təsdiqləyən gerçəkdir. Allah qullarından Xəbərdardır, Görəndir.
Yusuf/12:111
Onların tarixində, şüur sahibləri üçün bir dərs vardır. Bu, uydurma bir hədis deyil; fəqət özündən öncəkilərin təsdiqləyicisi, hər şeyin detallı açıqlaması və iman edənlər üçün bir hidayət və Rəhmətdir.
Əhqaf/46:30
Dedilər: "Ey xalqımız, Biz, Musadan sonra, özündən öncəkiləri təsdiqləyici olaraq nazil edilən bir kitabı dinlədik. O gerçəyə və ən doğru yola yönəltməkdədir."