Nisa - 4:54
Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.
Əlaqəli:
Saffat/37:112
Ona (İbrahimə) İshaqı müjdələdik, müttəqilərdən bir peyğəmbər olaraq.
Ənbiya/21:72
Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.
Ənbiya/21:73
Biz onları, əmrimizə görə yol göstərən öndərlər etdik. Onlara yaxşı işlərin necə ediləcəyini, namazın necə qorunacağını və zəkatın necə veriləcəyini vəhy etdik. Onlar Bizə qulluq edənlərdir.
Əla/87:18
Bu, ilk səhifələrdə/təlimlərdə qeyd edilmişdir (yazılmışdır).
Əla/87:19
İbrahimin və Musanın səhifələrində.