Nisa - 4:58 Allah əmanəti sahiblərinə verməyinizi, insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edər. Allah sizə necə də gözəl öyüd-nəsihət verir. Allah Eşidəndir, Görəndir.
İman edənlər etibarlıdırlar:
Məaric/70:32 Onlar etibarlıdırlar, sözlərinə bağlıdırlar;

Yusuf/12:54 Kral dedi ki: "Gətirin onu, yanımda çalışması üçün! Onu təyin edim." Onunla danışıb görüşüncə, "Sən artıq bu gün yanımızda önəmli bir məqamı olan etibarlı birisən," dedi.
Yusuf/12:55 Dedi ki: "Məni ölkənin maliyyə işlərinin başına gətir. Şübhəsiz mən yaxşı qoruyar, yaxşı bilirəm," dedi.

Muminun/23:8 Onlar (o kəslər) ki, onlara əmanət edilən şeylərə diqqət edərlər. Verdikləri sözləri də yerinə yetirirlər.

Ali İmran/3:75 Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Fəqət onlardan eləsi də var ki, ona bir Dinar əmanət etsən, başının üstündə durmadıqca geri qaytarmaz. “Ümmilərə qarşı bizim bir öhdəliyimiz yoxdur" dedikləri üçün belə davranırlar və bilə-bilə yalanlarını Allaha isnad edirlər.