Nisa - 4:59
Ey iman edənlər! Allaha itaət edin, Elçisinə itaət edin; sizdən görəv başında olanlara da. Hər hansısa bir mövzuda ixtilafa düşsəniz onu Allaha və elçisinə həvalə edin. Allaha və axirət gününə iman edirsinizsə... Bu, sizin üçün daha yaxşı və ən gözəl həll yoludur.
İman edənlər üçün Ulul əmrə/ yönəticilərə itaət qeydsiz-şərtsiz deyildir:
Mumtəhənə/60:12
Ey Peyğəmbər, iman edən qadınlar sənə sığındıqlarında, Allaha heç bir şeyi ortaq qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarını öldürməmək, bir iftira uydurub gətirməmək və doğru işlərdə sənə qarşı gəlməmək üzrə and içib söz verərlərsə, onların sözünü qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Allah Bağışlayandır, Rəhmlidir.