Nisa - 4:59
Ey iman edənlər! Allaha itaət edin, Elçisinə itaət edin; sizdən görəv başında olanlara da. Hər hansısa bir mövzuda ixtilafa düşsəniz onu Allaha və elçisinə həvalə edin. Allaha və axirət gününə iman edirsinizsə... Bu, sizin üçün daha yaxşı və ən gözəl həll yoludur.
İman edənlər işlərini öz aralarında danışıq yolu ilə qərarlaşdırır:
Nəml/27:38
(Süleyman) dedi ki, "Ey əyanlarım, onlar mənim yanıma müsəlmanlar olaraq gəlmədən öncə hansınız onun taxtını mənə gətirə bilər?"
Şura/42:38
Onlar, Rəblərinin çağırışına qarşılıq verirlər, namazı qoruyurlar, işlərini aralarında məsləhətləşmə yolu ilə qərarlaşdırarlar və onlara verdiyimiz ruzilərdən yardım üçün verərlər.
Nisa/4:83
Onlara güvənlik və təhlükəylə əlaqəli söz-söhbət yetişsə, onu yayarlar. Vəziyyəti elçiyə və aralarındakı səlahiyyətli şəxslərə yetişdirsəydilər mütəxəssisləri onu dəyərləndirərdi. Sizə Allahın lütfü və rəhməti olmasaydı çox azınız istisna olmaqla şeytana uyacaqdınız.