Nisa - 4:6
Evlənmə yaşına yetişdiklərində yetimləri sınayın. Onlarda yetkinlik görərsəniz mallarını özlərinə verin. Onlar böyüyüəcək deyə israfçılıq və tələm-tələsiklə mallarını yeməyin. Zəngin, (malın qorunması üçün çəkdiyi zəhmətin haqqından) imtina etsin. Fəqir isə uyğun bir miqdarda xərcləsin. Mallarını onlara (yetimlərə) şahidlər hüzurunda geri verin. Haqq-hesab çəkməyə Allah yetər.
Yetimlər ailə üzvi olunca:
Əhzab/33:4
Allah heç bir kəsin içinə iki qəlb qoymamışdır. Ananıza bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınıza çevirməmiş, övladlığa götürdüklərinizi də öz övladlarınız etməmişdir. Bütün bunlar, ağzınızdan çıxan sözlərinizdən ibarətdir. Allah doğrunu söyləyir və O doğru yola yönəldir.
Əhzab/33:5
Onları, öz atalarıyla bağlarını kəsməyəcək şəkildə çağırın. Bu davranış, Allah qatında daha doğrudur. Atalarını bilmirsinizsə, o zaman onlar sizin din qardaşlarınızdır və ailənizin üzvləridir. Qəsdən etdikləriniz bir yana, yanılaraq etdiyiniz şeylərdə sizə bir cavabdehlik yoxdur. Allah Bağışlayandır, Rəhmlidir.