Nisa - 4:6
Evlənmə yaşına yetişdiklərində yetimləri sınayın. Onlarda yetkinlik görərsəniz mallarını özlərinə verin. Onlar böyüyüəcək deyə israfçılıq və tələm-tələsiklə mallarını yeməyin. Zəngin, (malın qorunması üçün çəkdiyi zəhmətin haqqından) imtina etsin. Fəqir isə uyğun bir miqdarda xərcləsin. Mallarını onlara (yetimlərə) şahidlər hüzurunda geri verin. Haqq-hesab çəkməyə Allah yetər.
Xəbərdarlıq:
Nisa/4:10
Yetimlərin mallarını haqsız yerə yeyənlər qarınlarını atəşlə doldurmuş olarlar və cəhənnəmi boylayacaqlar.