Nisa - 4:60 Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.
Şeytan onları nə üçün azdırmaq istədi?
Nisa/4:60 Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.

Maidə/5:49 Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.

Nisa/4:88 Sizə nə olur ki, ikiüzlülər haqqında iki qrupa ayrılırsınız? Etdikləri əməllərə görə Allah onları baş aşağı çevirdi. Allahın azdırdığını sizmi doğru yola yetişdirmək istəyirsiniz? Allahın azdırdığı kimsəyə sən heç bir yol tapa bilməzsən.

Tovbə/9:75 Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76 Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.
Tovbə/9:77 Allaha verdikləri sözə xilaf çıxdıqları və yalan söylədikləri üçün Onunla qarşılaşacaqları günə qədər qəlblərinə ikiüzlülük saldı.

Ali İmran/3:155 İki ordunun qarşılaşdığı gün geriyə dönənlərinizi etdikləri bəzi işlərə görə şeytan azdırmaq istəmişdi. Ancaq Allah onları əfv etdi. Allah gerçəkdən çox Bağışlayıcı, çox Şəfqətlidir.