Nisa - 4:62 Etdiklərinin nəticəsi olaraq başlarına bir müsibət gəlsə dərhal sənə gələrək, “Məqsədimiz ancaq yaxşılıq etmək və uzlaşdırmaqdı!”– deyə, Allah adına and içərlər.
İnsanlar pisliklərə işlədiklərinin nəticəsi olaraq layiq görülərlər.
Əraf/7:131 Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.

Qasas/28:47 Öz əlləriylə işlədikləri üzündən başlarına bir müsibət gəldiyində, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, Sənin ayələrinə tabe olsaydıq və iman edənlərdən olsaydıq," deyə bilməsinlər deyə...

Rum/30:36 İnsanlara bir rəhmət daddırdığımız vaxt onunla sevinərlər. Etdiklərinin qarşılığı olaraq onlara bir pislik toxunsa dərhal ümidsizliyə düşərlər.
Rum/30:41 İnsanların əlləri ilə işlədikləri üzündən quruda və dənizdə fəlakətlər yayıldı. Beləcə, (pislikdən) dönərlər deyə etdiklərinin bir qismini onlara daddırır.

Səba/34:50 De ki, " Azarsam, öz qüsurumdandır, yolu taparsam Rəbbimin mənə vəhy etməsindəndir. O Eşidəndir, Biləndir."

Nisa/4:79 Sənə gələn hər yaxşılıq Allahdan, sənə gələn hər pislik isə özündəndir. Səni insanlara elçi olaraq göndərdik. Şahid olaraq Allah yetər.