Nisa - 4:65 Xeyr! Rəbbinə and olsun ki, ixtilafa düşdüklərində səni aralarında münsif etmədikcə və verdiyin qərarı, qəlblərində bir inciklik duymadan qəbul etmədikcə və tam təslim olmadıqca iman etmiş olmazlar.
İkiüzlülər Allahın nazil etdiyindən üz çevirərlər:
Ali İmran/3:23 Kitabdan özlərinə bir pay verilənlərə bax, Aralarında hökm etmələri üçün Allahın Kitabına çağırılırlar, lakin onlardan bir qrup üz çevirib geri dönür.
Ali İmran/3:24 Çünki onlar: “Cəhənnəm bir neçə gündən artıq bizə toxunmayacaq," - dedilər. Uydurduqları şeylər onları dinlərində belə yanıltmışdır.

Nisa/4:61 Onlara, “Allahın nazil etdiyinə və elçisinə tərəf gəlin!”– dedikdə, o ikiüzlülərin (münafiqlərin) səndən elə hey qaçdıqlarını görürsən.
Nisa/4:62 Etdiklərinin nəticəsi olaraq başlarına bir müsibət gəlsə dərhal sənə gələrək, “Məqsədimiz ancaq yaxşılıq etmək və uzlaşdırmaqdı!”– deyə, Allah adına and içərlər.

Nur/24:47 "Allaha və elçiyə iman etdik və itaət etdik," deyərlər. Fəqət sonra, bunun ardından, onlardan bir qrup üz çevirər; bunlar iman etmiş deyildir.
Nur/24:48 Aralarında hökm verməsi üçün Allaha və elçisinə tərəf çağırıldıqları zaman onlardan bir qrupun xoşuna gəlməz.
Nur/24:49 Ancaq qərar onların xeyrinə olarsa, ona könüllü olaraq qaçarlar.
Nur/24:50 Qəlblərində bir xəstəlikmi var? Şübhəmi edirlər? Allahın və elçisinin onlara haqsızlıq edəcəyindənmi qorxmaqdadırlar? Əslində onlar zalımlardır.