Nisa - 4:73
Allahdan sizə bir lütf yetişərsə sanki öncə aranızda heç bir dostluq yoxmuş kimi, "Kaş ki, mən də onlarla birlikdə olsaydım və böyük bir müvəffəqiyyət qazansaydım," deyər.
Allah yolunda ölən və ya öldürənlər böyük bir qalibiyyət əldə etmişlər:
Bəqərə/2:154
Allah yolunda öldürülənlərə: “Onlar ölülərdir!” deməyin. Əksinə, onlar diridir, fəqət siz fərqində deyilsiniz.
Ali İmran/3:157
Allah yolunda ölər yaxud öldürülsəniz, Allahın bağışlaması və rəhmətinə qovuşmuş olarsınız ki, bu onların bütün topladıqlarından daha yaxşıdır.
Ali İmran/3:169
Allah yolunda vurulanları ölü sanmayın; əksinə, onlar Rəbləri qatında nemətlər içində diridirlər.
Ali İmran/3:170
Allahın onlara bol-bol verdiyi nemətlərlə sevinc içindədirlər. Onlara hələ qatılmamış yoldaşlarına bir qorxu və üzüntü olmadığını müjdələmək istəyərlər.
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Ali İmran/3:140
Sizə bir sıxıntı toxundusa, düşmən topluluğuna da buna bənzər bir sıxıntı toxunmuşdur. Belə günləri, insanların arasında döndərib dururuq ki, Allah gerçək iman edənləri ayırsın və sizdən bəzilərini şahidlər seçsin. Allah zalımları sevməz.
Tovbə/9:111
Allah iman edənlərin canlarını və mallarını cənnət qarşılığında satın almışdır. Allah yolunda savaşırlar, öldürürlər və öldürülürlər. Bu, Onun Tövratda, İncildə və Quranda verdiyi bir sözdür. Verdiyi sözü, Allahdan daha yaxşı kim yerinə yetirə bilər? Elə isə bu alış-verişinizə görə sevinin. Ən böyük uğur budur.