Nisa - 4:73 Allahdan sizə bir lütf yetişərsə sanki öncə aranızda heç bir dostluq yoxmuş kimi, "Kaş ki, mən də onlarla birlikdə olsaydım və böyük bir müvəffəqiyyət qazansaydım," deyər.
"Allahdan sizə bir lütf yetişərsə" Məqsəd; savaş qazanılıb, qənimət əldə edildiyində:
Ali İmran/3:173 Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”
Ali İmran/3:174 Beləcə, onlara heç bir pislik toxunmadan, Allahdan bir nemət və lütflə geri döndülər və Allahın rizasını qorumuşdular. Böyük lütfün sahibi Allahdır.

Nisa/4:141 Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.

Əhzab/33:25 Allah inkar edənləri öfkələriylə birlikdə əlləri boş olaraq geri çevirdi. Allah beləcə iman edənləri savaşdan qorudu. Allah güclüdür, Üstündür.
Əhzab/33:26 Və Kitab əhlindən onlara dəstək olanları qalalarından endirdi və ürəklərinə qorxu saldı. Bir qismini öldürür, bir qismini də əsir alırdınız.
Əhzab/33:27 Sizi onların torpağına, evlərinə, paralarına (pullarına) və hələ ayağınızı belə basmamış olduğunuz torpaqlara varis etdi. Allah hər şeyə Gücü Yetəndir.

Fəth/48:20 Allah sizin çoxlu qənimət ələ keçirəcəyinizi sizə söz vermişdir. Sizə bunu tezliklə verdi və insanların əllərini sizdən çəkdi. Beləcə bunu iman edənlər üçün bir dəlil etdi və sizi ən doğru yola yönəltdi.

Həşr/59:6 Allahın onlardan alıb elçisinə verdikləri üçün, siz at və dəvə sürmədiniz (savaşmadınız); Amma Allah elçisini istədiyinin üstünə göndərir. Allah hər şeyə Qadirdir.
Həşr/59:7 Allahın o ölkələrin əhalisindən elçisinə qənimət buraxdığı şeylər Allahın və elçisinindir. Yəni əqrəbalara, yetimlərə, yoxsullara və yolda qalmışlara verilməlidir ki, zənginlərinizin arasında inhisara çevrilməsin. Elçinin sizə verdiyini alın; ancaq onun sizə vermədiyindən uzaq durun. Allahı dinləyin. Allahın cəzalandırması çətindir (şiddətlidir).